"Elələri var ki, köhnə nəticələrimizə baxıb, stadiona gəlməyəcəklər"

11 Dekabr 2019 13:59 Avropa Liqası 924
"Elələri var ki, köhnə nəticələrimizə baxıb, stadiona gəlməyəcəklər"

"Son oyunumuzdur. Baxmayaraq ki, şansımız yoxdur. Amma bunun önəmi yoxdur. Matça ciddi hazırlaşmışıq. Turniri yaxşı nəticə ilə başa vurmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin VI turunun "Düdelanj"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı oyunla bağlı fikirlərini açıqlayan futbolçu azarkeşlərin oyuna maraq göstərməməsinə də toxunub:

"Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün isə şoudur. Hər oyunda tribunaların dolu olmasını istərdim. Bizim üçün əlavə qüvvə deməkdir. Elələri var ki, köhnə nəticələrimizə baxıb, stadiona gəlməyəcəklər. Amma əsl azarkeşlər komandanın yanında olub, dəstək verməlidir. Bu, bizim üçün üstünlükdür. Özüm azarkeş olsaydım, əlbəttə, stadiona gələrdim".

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" oyunu saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti