"Qarabağ" - "Düdelanj" oyununda estoniyalı hakimlər

10 Dekabr 2019 14:57 Avropa Liqası 1 355
"Qarabağ" - "Düdelanj" oyununda estoniyalı hakimlər

Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda keçiriləcək "Qarabağ" - "Düdelanj" oyununa təyinatlar açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, formal xarakterli qarşılaşma estoniyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Kristo Tohver olacaq. Ona laysmanlar - Silver Koiv və Sten Klaasen köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Yuri Frişer yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM