"Qarabağ"ın qrupdan çıxmaq vaxtı çatıb"

2 Dekabr 2019 12:00 Avropa Liqası 1 397
"Qarabağ"ın qrupdan çıxmaq vaxtı çatıb"

"Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri Sportinfo.az saytına açıqlama verib. Makedoniyalı Ağdam təmsilçinin Avropa Liqasının qrup mərhələsindən çıxa bilməməsinə münasibət bildirib:

"Qarabağ"ın qrupdan çıxa bilməməsinə çox üzüldüm. Təbii ki, siz həlledici oyunları uduzub UEFA da növbəti mərhələyə yüksələ bilmirsinizsə, bu yaxşı deyil. Amma heç nə olmaz. "Qarabağ" bundan sonra daha da güclü olmalıdır. Onlar daxili çempionatı qalib başa vuraraq Çempionlar Liqasına hazırlaşmalıdır.

"Qarabağ" qrupdan nə vaxt çıxa biləcək? Bunu heç kim deyə bilməz. Futbolçular bunun üçün oynamalıdır. Çünki klub onlara hər cür şərüit yaradır. Məncə, qarşıdakı mövsüm "Qarabağ"ın qrupdan çıxmaq vaxtı çatacaq".

Digər Xəbərlər
Xəbər Lenti