"Belə komandalara qarşı çox hücum edə bilmirsən" - Araz Abdullayev

29 Noyabr 2019 03:11 Avropa Liqası 969
"Belə komandalara qarşı çox hücum edə bilmirsən" - Araz Abdullayev

"Bu gün ən azı bir xal götürmək istəyirdik. İlk yarıda yaxşı müdafiə olunduq, hücumlara da çıxırdıq. Ancaq bir top buraxandan sonra boşluqlar verməyə başladıq".

Sportinfo.az-ın İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ"ın futbolçusu Araz Abdullayev UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Onun sözlərinə görə, bu cür komandaya qarşı açıq oynamaq çətindir: "Geri dönüş edə bilmədik. İlk qoldan sonra ən azı bir top vurmaq istəyirdik. Ümid vardı. "Qarabağ" belə rəqiblərlə oynayıb, "Atletiko" ilə hər iki matçda heç-heçə edib. Yenə bacara biləcəyimizi fikirləşirdik. Qrupdan çıxaraq, azarkeşlərimizi və xalqımızı sevindirmək istəyirdik. Burdan xal götürüb hər şeyi son tura saxlamağı düşünürdük. Qarşıya baxmaq lazımdır".

Abdullayev deyib ki, Abdulla Zubirə qarşı qayda pozuntusu olduğu epizodda "Sevilya"ın qapısına penalti təyin etmək olardı: "Referi penalti vermədi. Belə komandalara qarşı çox hücum edə bilmirsən. Canlanma oldu, qol vurmaq istəyirdik. Onlar ikincini vurdu və hər şey bitdi. Biz də çalışırdıq ki, növbəti raunda yüksələk. Kimsə düşünə bilər ki, qrupumuz daha rahat idi. Ancaq digər rəqiblər də bizim səviyyəmizdə idi. Futboldur, qarşıya baxmaq lazımdır. Olan olub. Çalışacağıq ki, yenidən avrokubokda qrupa düşək".

Digər Xəbərlər
Xəbər Lenti