"Bura məqsədlərimiz üçün gəlmişik" - QARA QARAYEV

28 Noyabr 2019 20:25 Avropa Liqası 698
"Bura məqsədlərimiz üçün gəlmişik"  - QARA QARAYEV

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev bu gün Avropa Liqasının beşinci turu çərçivəsində "Sevilya"ya qarşı keçiriləcək görüşlə bağlı fikirlərini bildirib.

Sportinfo.az-a açıqlama verən futbolçu Ispaniyada nəticə qazana biləcəklərinə inandığını bildirib:

"Sevilya"nın güclü komanda olduğunu hamımız bilirik. Onların fərdi ustalığı yüksək olan oyunçuları var. Təbii ki, çətin olacaq. Bu, məlum məsələdir. Amma biz də bura məqsədlərimiz üçün gəlmişik. Çalışacağıq ki, ən azından bir xal qazanıb vətənə dönək. Çətin görünə bilər. Amma inanırıq ki, istədiyimiz oyunu göstərə bilsək, nəticə əldə edə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”