"Qarabağ" yaxşı komandadır"

28 Noyabr 2019 19:07 Avropa Liqası 1 080
"Qarabağ" yaxşı komandadır"

APOEL-in futbolçusu Giorgos Merkis Sportinfo.az-a açıqlama verib.

Kiprli müdafiəçi bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Sevilya" - "Qarabağ" matçı haqda fikirlərini bildirib. Merkisin fikirlərinə görə Ağdam təmsilçisi bu gün səfərdə ispanlardan xala ala bilər: "Futbolda hər şey ola bilər. "Qarabağ"ın "Sevilya"dan xal alması da mümkün bir şeydir. Çünki "Qarabağ" yaxşı komandadır. Onların İspaniyada da öz oyunlarını oynamağa çalışacaqlarını düşünürəm".

Təcrübəli stopper bu gün onlar üçün bayram ola biləcəyini də bildirib: "Bu gün "Düdelanj"ı uda biləcəyikmi? Görək də, necə olacaq. Oyun zamanı hər şey bilinəcək. Təbii, anlayırıq, "Düdelanj"ı udsaq, "Sevilya" da "Qarabağ"ı udsa, həm biz, həm də "Sevilya" növbəti mərhələyə çıxacaq. Əlbəttə, bizim üçün bu gecə bayram ola bilər".

Digər Xəbərlər
Xəbər Lenti