"Sevilya" - "Qarabağ": Nə qədər bilet satılıb?

28 Noyabr 2019 14:12 Avropa Liqası 2 139
"Sevilya" - "Qarabağ": Nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin V turunda bu gün keçiriləcək "Sevilya" - "Qarabağ" oyununa bilet satışı davam edir.

İspaniya klubunun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, bugünkü oyun üçün 20 minə yaxın bilet satılıb. 44 min azarkeş tutumuna malik arenanın təqribən yarısının dolacağı gözlənilir.

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM