Xayme Romero: "Stadiondakı atmosferdən zövq almağa çalışacağıq"

27 Noyabr 2019 22:06 Avropa Liqası 657
Xayme Romero: "Stadiondakı atmosferdən zövq almağa çalışacağıq"

"Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero Avropa Liqasının qrup mərhələsinin V turunun "Sevilya" oyunu öncəsi mətbuat konfransı keçirib. Sportinfo.az-ın Sevilyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, ispaniyalı futbolçu əvvəlcə sabahkı görüşlə bağlı fikirlərini bölüşüb.

- Yaxşı komandaya qarşı oynayacağımızın fərqindəyik. Bizi çətin görüş gözləyir. Növbəti mərhələ üçün xal lazımdı. Diqqətli müdafiə olunmalı, şansımızı gözləməliyik. Məşqçinin bütün fikirlərinə qatılıram. Bakıdakı matçda 80-ci dəqiqədə oyunun taleyini həll etmələrinə baxmayaraq, necə vuruşduqlarını gördük. 1 xal qazanmağa çalışacağıq.

- "Qarabağ" burdan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?

- Müdafiədə diqqətli olmalı, boşluqlar buraxmamalıyıq. Ələ düşən fürsətlərdən istifadə etməyə çalışacağıq.

- "Ramon Sançes Pisxuan"da oynamısız? Həmin oyunu necə xatırlayırsız?

- Təəssüf ki, bəzi səbəblərdən bu stadionda oynamaq mənə nəsib olmayıb. "Qranada"da çıxış edərkən yadıma gəlməyən səbəbdən burada oynaya bilmədim. Təbii ki, bu stadionda oynamaq hər zaman xoşdur. Buradakı atmosferdən zövq almağa çalışacağıq.

- "Qarabağ"da 3 ispan futbolçu oynayır. Sabah stadionda yaxınlarınızdan neçə nəfər olacaq?

- Təxminən 10-a yaxın ailə üzvüm stadionda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!