Dani Kintana: "Bir az həyəcanlıyıq..."

26 Noyabr 2019 12:02 Avropa Liqası 794
Dani Kintana: "Bir az həyəcanlıyıq..."

"Qrupdan çıxmaq şanslarımızı saxlamaq üçün səfərdə xal qazanmalıyıq. Əlbəttə, bilirik ki, bu, çox çətin olacaq. "Sevilya" əla komandadır. Lopeteginin gəlişi ilə daha da gücləniblər. Geniş seçimləri, balanslaşmış heyəti var. Bundan başqa, "Sevilya" Avropa Liqasına xüsusi münasibət bəsləyir. Mənə görə turniri qazanmağa əsas favorit məhz onlardır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib. Ölkəsinin mətbuatına danışan ispan futbolçu səfərdə yaxşı nəticə qazanmaq istədiklərini bildirib:

"Bir az həyəcanlıyıq. Çünki xoşagəlməz nəticələrimiz oldu. Amma əminəm ki, komanda vəziyyətdən çıxa biləcək. Avropa Liqası fərqli turnirdir. "Roman Sançes Pisxuan"da oynamaq isə bunu daha da xüsusi edir. Pley-off şansımızı saxlamaq üçün səfərdə yaxşı nəticə qazanmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti