"İspaniyaya sona qədər döyüşmək üçün gedirik" - XAYME

26 Noyabr 2019 11:34 Avropa Liqası 875
"İspaniyaya sona qədər döyüşmək üçün gedirik" - XAYME

"Sevilya"nın heyəti yenidən formalaşdırılır. Komanda mövsüm ərzində daha yaxşı olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero İspaniya mətbuatına açıqlamasında deyib. Avropa Liqaının V turunda qarşılaşacaqları rəqib haqda danışan ispan futbolçu "Sevilya"nı əla komanda adlandırıb:

"Hərdən çətin anlar ola bilər. Buna baxmayaraq, "Sevilya"nın doğru yolda olduğunu görürəm. Əla komandadır. Hər şey yüksək səviyyədədir. Futbolçuların hər biri usta oyunçulardır. Heyət genişdir. Bu isə yaxşı futbol sərgilməyə imkan verir".

Romero Bakıda "Sevilya"ya uduzduqları 0:3 hesablı oyunu da xatırlayıb: "Bakıda bizə qarşı La Liqa oyunundakından fərqli heyət oynadı. Buna baxmayaraq, 3:0 hesablı qələbə qazandılar. "Sançez Pisxuan" stadionunda oynamağın nə demək olduğuu bilirəm. Çünki "Kordoba"ın heyətində "Sevilya"ya qarşı mübarizə aparmışam. Orada oynamaq hər zaman xüsusidir".

29 yaşlı futbolçu "Sevilya" ilə oyun haqda da fikirlərini bölüşüb: "Son oyunlarda bir qədər inamsız təsir bağışlayırıq. Mövsümün əvvəlindəki kimi oynamırıq. Çempionatda keçirdiyimiz son oyunlarda qələbə qazana bilmirik. Düşünürəm ki, bu, mövsümə tez başlamağımızla əlaqədardır. Ancaq belə şeylər bizim üçün problem olmamalıdır. İspaniyaya sona qədər döyüşmək üçün gedirik".

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı