APOEL-in oyununda türk hakim - Azarkeşlər narazıdır

25 Noyabr 2019 20:30 Avropa Liqası 1 443
APOEL-in oyununda türk hakim - Azarkeşlər narazıdır

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Düdelanj" - APOEL oyununa türkiyəli hakimlər briqadasının təyinat alması kiprli azarkeşlərin narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, "APOEL 1926" fan-klubu bununla bağlı "Facebook" səhifəsində paylaşım edərək, UEFA-nı tənqid edib:

"UEFA "Qarabağ"la Bakıdakı oyunda açılmış qondarma dövlətin (Şimali Kipr Türk Cümhuriyyəti nəzərdə tutulur) bayrağına görə rəqibi cəzalandırmaq əvəzinə, bizim "Düdelanj"la oyunumuza türk hakimləri göndərir. Məgər, başqa hakim yox idi?".

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Düdelanj" - APOEL oyununu Halis Özkahyanın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı