UEFA yenə "Qarabağ"a pul göndərdi

25 Noyabr 2019 17:46 Avropa Liqası 1 274
UEFA yenə "Qarabağ"a pul göndərdi

UEFA-nın Klub Yarışları Komitəsinin 2019-cu il avqustun 29-da Monakoda keçirilmiş iclasında 2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avroliqada 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin market pool nisbətində paylanacağı razılaşdırılıb.

“Qarabağ” futbol klubuna ayrılan 159 698.00 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı