"Qarabağ" - "Düdelanj": biletlər sabahdan satışa çıxır

17 Noyabr 2019 16:35 Avropa Liqası 1 135
"Qarabağ" - "Düdelanj": biletlər sabahdan satışa çıxır

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda dekabrın 12-də Bakıda Lüksemburq "Düdelanj"ını qəbul edəcək.

Sportinfo.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin aşağıdakı satış məntəqələrindən əldə etmək olar:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn)

Digər Xəbərlər
Xəbər Lenti