"Qarabağ" əla komandadır, liqamızda oynasa, çempion ola bilər" - sabiq APOEL-li

7 Noyabr 2019 16:47 Avropa Liqası 776
"Qarabağ" əla komandadır, liqamızda oynasa, çempion ola bilər" - sabiq APOEL-li

"APOEL-in siyahısı genişdir. Amma komanda oyun ritmini tapmaqda çətinlik çəkir. Rəhbərlik çox yaxşı iş görüb. Komanda bu axşam yaxşı nəticə qazanmalıdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in sabiq hücumçusu Kostas Fasliotis Kipr mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la oyun öncəsi fikirlərini bölüşən veteran futbolçu keçmiş komandasına inandığını bildirib:

"APOEL-in qalib gəlməsi üçün yaxşı şansı var. Oyunçulara çox inanıram. Ancaq bu oyun digərləri kimi olmayacaq. Futbolçular bunu başa düşməlidirlər. "Qarabağ" əla komandadır, Kiprdə çempion ola bilər. Bu gün 2:1 hesablı qələbə qazanacağımızı proqnozlaşdırıram".

Digər Xəbərlər
Xəbər Lenti