"Qarabağ"la oyunda APOEL-i divanda uzanıb dəstəkləmək yolverilməzdir"

7 Noyabr 2019 15:43 Avropa Liqası 602
"Qarabağ"la oyunda APOEL-i divanda uzanıb dəstəkləmək yolverilməzdir"

"Biz bu oyunu udmalıyıq. Bu, təkcə maliyyə deyil, həm də APOEL-in Avropadakı nüfuzu baxımından önəmlidir".

Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in veteran futbolçusu Petrakis Çatsitomas Kipr mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün "Qarabağ"la keçiriləcək oyunöncəsi fikirlərini bölüşən mütəxəssis azarkeşləri tribunaya səsləyib:

"Bu axşam futbolçularımız tam sakit oynamalıdır. Azarkeşləri stadiona gəlməyi və komanda ilə birlikdə olmağa dəvət edirəm. Belə bir oyunda APOEL-i evdə divanda uzanıb dəstəkləmək yolverilməzdir".

Çatsitomas APOEL-in baş məşqçisi Tomas Dolla məsləhət də verib: "Baş məşqçimiz komandanı meydana ağıllı taktika ilə çıxarmalı və Tamariyə hücum xəttində tam sərbəstlik verməlidir. Bu, bizim qələbə şansımızı artıra bilər. Yaxşı futbolçularımız çoxdur, amma balanslı oynamalıyıq. Bu gün istənilən hesabla qalib gəlməliyik. Bunun üçün isə böyük zəhmət tələb olunur".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!