APOEL - "Qarabağ" oyununda 10000 azarkeş?

7 Noyabr 2019 12:47 Avropa Liqası 1 088
APOEL - "Qarabağ" oyununda 10000 azarkeş?

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək APOEL - "Qarabağ" oyununda 10 mindən çox azarkeş olacağı gözlənilir.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, ötən günə qədər görüşə maraq az olsa da, son 24 saatda biletlər sürətlə satılmağa başlayıb. Oyun saatına qədər bilet satışının 10 mini keçəcəyi gözlənilir.

Qeyd edək ki, matçın keçiriləcəyi "GSP Arena" 22 min azarkeş tutumuna malikdir. Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA