"Xayme Romeronun durumu pis deyil, amma..." - Qurban Qurbanov

6 Noyabr 2019 16:38 Avropa Liqası 1 242
"Xayme Romeronun durumu pis deyil, amma..." - Qurban Qurbanov

"Bu oyunda mütləq hansısa dəyişiklik etmək istəyirik. Bu, oyun, heyət və ya sistem baxımından ola bilər. İstənilən halda bir neçə variant üzərində hazırlaşmışıq. Oyunun gedişindən çox şey asılı olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL-lə oyunu üçün Kipr səfəri öncəsi İctimai Televiziyaya açıqlamasında deyib. Təcrübəli mütəxəssis avrokuboklarda eyni rəqiblə 4 dəfə qarşılaşmağın asan olmadığını bildirib:

"Bu, APOEL-lə cari mövsümdəki son oyunumuzdur. Bir rəqiblə belə məsuliyyətli matçlarda bu qədər qarşılaşmaq heç də asan deyil. Ciddi hazırlaşmışıq. Bu oyun bizim üçün çox vacibdir".

Qurbanov sonda zədədən yenicə qayıdan Xayme Romeronun durumuna da toxunub: "Xaymeyə gəldikdə, ümumən, vəziyyəti pis deyil. Amma 90 dəqiqə meydanda olması gözlənilmir. Bununla belə, adı 18-likdə olacaq və meydana çıxmaq ehtimalı çoxdur".

Digər Xəbərlər
Xəbər Lenti