"Bayraq aksiyası "Qarabağ"a cavab xarakteri daşımır" - APOEL rəsmisi

6 Noyabr 2019 16:52 Avropa Liqası 748
"Bayraq aksiyası "Qarabağ"a cavab xarakteri daşımır" - APOEL rəsmisi

APOEL-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la oyununda stadiona 6500 yunan bayrağının düzülməsi məsələsinə münasibət bildirib.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi bunun Bakıdakı oyunda bənzər aksiya təşkil edən Ağdam təmsilçisinə cavab xarakteri daşımadığını söyləyib:

"Biz məsələyə bu məntiqlə yanaşmamalıyıq. Bəli, belə bir fikrimiz var. Ancaq bu, Nikosiyaya azarkeş gətirməyən Azərbaycan klubuna cavab deyil. Sadəcə, demək istəyirik ki, APOEL-in idealı var. Əsas məqsəd budur. Bu cür hadisələr dəfələrlə olub. Yunan bayrağı APOEL-in elementlərindən biridir. Bəzən aşkar olanı da əsaslnadırmaq məcburiyyətində qalırsan. Bu aksiyanın Bakıdakı ilə heç bir bağlılığı yoxdur".

Sabah GSP stadionunda keçiriləcək APOEL - "Qarabağ" oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti