"Bakıda yaşananların cavabını verməyin vaxtı çatıb" - APOEL azarkeşləri

6 Noyabr 2019 12:29 Avropa Liqası 1 160
"Bakıda yaşananların cavabını verməyin vaxtı çatıb" - APOEL azarkeşləri

APOEL-in fan-klublarından biri rəsmi "Facebook" səhifəsində azarkeşlərə çağırış edib.

Sportinfo.az xəbər verir ki, "APOEL 1926" azarkeş qrupu fanatları sabah GSP stadionunda "Qarabağ"la keçirililəcək Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunununda komandaya dəstək olmağa dəvət edib:

"Baş verənlər məşqçinin, rəhbərliyin, oyunçuların səhvidir. Amma bizdən asılı olan məsələlər də var. Komandamızı ən vacib oyunlarda tək buraxdıq. APOEL azarkeşləri bu cür olmamalıdır. Gəlin, cümə axşamı günü dəstəyimizi göstərək. Bizim doğma stadionumuz var. Komandamıza türklər üzərində qələbə qazanmağa kömək edək. Sarı-göy formalarınızı geyinin, "GSP arena"ya gedək. Bakıda baş verənləri hamımız bilirik. Bunun cavabını verməyin vaxtı çatıb".

Qeyd edək ki, sabah keçiriləcək APOEL - "Qarabağ" oyunu Bakı vaxtı ilə 21:55-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti