"Qarabağ"ın oyununda 5000 yox, 6500 yunan bayrağı

4 Noyabr 2019 20:12 Avropa Liqası 1 158
"Qarabağ"ın oyununda 5000 yox, 6500 yunan bayrağı

Avropa Liqasının qrup mərhələsinin APOEL - "Qarabağ" oyunu üçün daha 1500 yunan bayrağı sifariş olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Bu isə o deməkdir ki, matçın keçiriləcəyi GSP stadionunda əvvəlcədən deyildiyi kimi 5000 yox, 6500 bayraq olacaq.

Adı açıqlanmayan sponsor tərəfindən təşkil olunan aksiya "Qarabağ"ın ötən həftə Bakıdakı matçdakı addımına cavab xarakteri daşıyır. Sözügedən qarşılaşmada Tofiq Bəhramov adına Respublika stadionunun oturacaqlarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA