UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

4 Noyabr 2019 14:19 Avropa Liqası 1 130
UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək APOEL - "Qarabağ" oyununa təyinatlar açıqlanıb. Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü avstriyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Manuel Şüttenqrüber idarə edəcək. Ona yan xətt hakimləri - Roland Brandner və Robert Ştaynaxer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Yager yerinə yetirəcək.

Noyabrın 7-də Nikosiyada keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA