APOEL-in "Qarabağ"la oyun üçün heyəti - 21 FUTBOLÇU

4 Noyabr 2019 11:23 Avropa Liqası 773
APOEL-in "Qarabağ"la oyun üçün heyəti - 21 FUTBOLÇU

APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la keçirəcəkləri ev oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis 23 nəfərlik heyətdən 2 futbolçu - Omar Hani və Andre Vidiqalı kənarlaşıdırıb. Beləliklə, noyabrın 7-dəki qarşılaşmada təcrübəli çalışdırıcının sərəncamında 21 oyunçu olacaq.

Qapıçılar: 27. Vid Belets, 99. Boy Vaterman

Müdafiəçilər: Praksitelis Vuros, Vuyadin Saviç, Joazinyo, Nikolas Yoannu, Qiorqos Merkis

Yarımmüdafiəçilər: Draqan Mixayloviç, Antonio Yakoliş, Alef dos Santos, Lukas Souza, Savvas Gentsoqlu, Uroş Matiç, Tomas de Vinsenti, Musa əl-Tamari, Qeorqios Efrem, Efstatios Aloneftis, Andreas Makris

Hücumçular: Roman Bezyak, Linus Hallenius, Andriya Pavloviç

Qeyd edək ki, APOEL - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti