APOEL-in "Qarabağ" planı - HÜCUM FUTBOLU

3 Noyabr 2019 13:37 Avropa Liqası 1 037
APOEL-in "Qarabağ" planı - HÜCUM FUTBOLU

"Qarabağ" və APOEL komandaları noyabrın 7-də Nikosiyada olduqca vacib qarşılaşmada üz-üzə gələcəklər.

Sportinfo.az xəbər verir ki, Kipr mətbuatı nikosiyalıların Azərbaycan çempionuna qarşı hücum futbolu sərgiləyəcəyini iddia edir. Kiprli həmkarlarımızın fikrincə, Tomas Doll komandasını "Qarabağ" qarşısına ya 3-5-2, ya da 3-4-3 taktiki sxemi ilə çıxaracaq:

"APOEL cümə axşamı günü "Qarabağ"la finala bərabər oyuna çıxacaq. Nikosiya təmsilçisini bu görüşdə qələbədən başqa heç bir nəticə qane etmir. APOEL-in qarşıdakı matçda hücum futbolu oynayacağını ehtimal etmək elə də çətin deyil. Tomas Dollun AEK-lə görüşdə meydana buraxdığı heyət də bunu deməyə əsas verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA