APOEL-də növbəti gərginlik - YENƏ ONLAR ARASINDA

3 Noyabr 2019 13:08 Avropa Liqası 816
APOEL-də növbəti gərginlik - YENƏ ONLAR ARASINDA

APOEL-in baş məşqçisi Tomas Dolla Musa əl-Tamarinin münasibətləri yenidən pozulub.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, buna iordaniyalı yarımmüdafiəçinin AEK-lə dünənki çempionat oyununun (0:0) 66-cı dəqiqəsində əvəzlənməsi səbəb olub. Almaniyalı mütəxəssisin onu meydandan çıxarmasına əsəbləşən futbolçu qərara narazılığını bildirib. Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıra biləcəyi istisna olunmur.

Qeyd edək ki, baş məşqçi bundan əvvəl də klubdaxili intizamı pozan futbolçunu heyətdən kənarlaşdırmış və "Qarabağ"la Bakıdakı son oyunda meydana buraxmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"