Jurnalistlərdən "Qarabağ"ın rəqibinə hörmətsizlik

3 Noyabr 2019 12:39 Avropa Liqası 957
Jurnalistlərdən "Qarabağ"ın rəqibinə hörmətsizlik

APOEL-in baş məşçqçisi Tomas Doll Kipr çempionatının AEK-lə səfər oyunundan (0:0) sonra gözlənilməz hadisə ilə üzləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, derbidən sonra keçirilən mətbuat konfransında cəmi 2 jurnalist iştirak edib. Klubun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nektorios Petevinos bunun yaxşı hal olmadığını bildirib:

"Yəqin ki, həmkarlarım məni eşidir. Mətbuat konfransında yaşananlar yaxşı hal deyil. Meydanda normal oyun gedir, derbi matçıdır. Mövsüm ərzində 50 media nümayəndəsini qeydiyyatdan keçirmişik. Mətbuat konfransında cəmi 2 jurnalist iştirak edib.

Baş məşqçi məndən jurnalistlərin harada olduğunu soruşdu. O da nə baş verdiyini anlamadı. Həmkarlarınızdan soruşun, görün, niyə oyuna gəlmirlər? Hər dəfə 2-3 jurnalist olur. Bu gedişlə axırda oyunlarımızda cəmi bir media nümayəndəsi olacaq".

Digər Xəbərlər
Xəbər Lenti