Lopetegi Çiçaritonu "Qarabağ"a qarşı oynatmayacaq?

30 Oktyabr 2019 12:54 Avropa Liqası 596
Lopetegi Çiçaritonu "Qarabağ"a qarşı oynatmayacaq?

"Sevilya"nın hücumçusu Xavyer Ernandes Avropa Liqasının qrup mərhələsinin son 3 turunda oynamaya bilər.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Xulen Lopetegi meksikalı forvardla yanaşı, hücum xəttində çıxış edən digər aparıcı futbolçularının xidmətindən ancaq La Liqa oyunlarında yararlanmağı düşünür. Avroliqada qrupdan çıxmağın böyük ölçüdə təmin olunduğunu və yerli çempionatdakı sıx qrafiki nəzərə alan ispan mütəxəssisin "Düdelanj", "Qarabağ" və APOEL-lə matçlarda əsasən ehtiyat qüvvəyə üstünlük verəcəyi gözlənilir.

Çiçarito Bakıda keçirilən qrupun ilk oyununda cərimə zərbəsindən "Qarabağ"ın qapısına baxımlı qol vurmuşdu.

Qeyd edək ki, "Sevilya" noyabrın 7-də "Düdelanj"ın qonağı olacaq. İspanlar həmin ayın 29-da isə evdə "Qarabağ"ı qəbul edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti