APOEL Bakıdakı təhlükəsizlik tədbirlərindən razı qalıb: "Hətta tualetlər də ayrı idi"

26 Oktyabr 2019 14:08 Avropa Liqası 1 079
APOEL Bakıdakı təhlükəsizlik tədbirlərindən razı qalıb:

"Nəticəyə görə niyə əsəbi olmalıyıq ki? Biz futbol oynayırıq. Odur ki, istənilən hesab qeydə alına bilər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında APOEL-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos deyib. Oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la 2:2 oynadıqları matçı şərh edən klub rəsmisi təşkilati məsələlərə də toxunub. O, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu bildirib:

"Qarabağ"la çox yaxşı münasibətlərimiz var. Qonaqpərvərlik baxımından hər şey yüksək səviyyədə idi. Təhlükəsizlik də öz yerində. Hətta azarkeşlərimiz üçün ayrıca ayaqyolu və yeməkxana da ayrılmışdı. Bir sözlə, narahatlıq üçün heç bir əsas qalmamışdı. Hər şey əla idi".

Qeyd edək ki, bu komandalar arasında ikinci oyun noyabrın 7-də Nikosiyada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA