"Önəmli olan Bakıda uduzmamaq idi" - APOEL-in əfsanəsi

26 Oktyabr 2019 11:49 Avropa Liqası 540
"Önəmli olan Bakıda uduzmamaq idi" - APOEL-in əfsanəsi

"APOEL üçün önəmli olan Bakıda məğlub olmamaq idi. Qrupun qarşıdakı iki matçında qələbə arzulayırıq. Komandanın yaxşı potensialı var. Zəif nöqtələrimizi yaxşılaşdıraraq, bunu bacara bilərik".

Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu Kipr mətbuatına açıqlamasında deyib. 65 yaxşı mütəxəssis APOEL-in daha yaxşı çıxış etməli olduğunu söyləyib:

"Sahib olduğumuz materialla bir pillə də irəliləməliyik. Keyfiyyətli futbolçularımız olsa da, eyni səviyyədə oyun göstərməkdə çətinlik çəkirik. Fikrimcə, komandamız daha yaxşı çıxış etməlidir. Bir futbolçu ümumi ansambldan geri qaldıqda komanda çətinliklə üzləşir".

Antoniu APOEL-dəki çatışmazlıqlardan da danışıb: "Məşqçinin hansı sistemdə oynadığına fikir vermirəm. APOEL-lə bağlı bir məqamı xüsusi qeyd etməliyəm. Oyunçuların səviyyəsini müzakirə etmirəm. Ancaq mərkəz rəqib üçün boş dəhlizə çevrilir, futbolçular ləng davranır. Nə qədər yaxşı olursan-ol, ürəyin yavaş döyünürsə, deməli, yaradıcılıqla bağlı probleminiz var. Daha yaxşı oynamağın lazım olduğunu deyəcək futbolçu yoxdu. Balans yaradacaq, sizi təəccübləndirəcək oyunçulara ehtiyac var".

Qeyd edək ki, 1972-1986-cı illərdə APOEL-də çıxış etmiş veteran yarımmüdafiəçi Nikosiya təmsilçisinin formasını ən uzun müddət geyinən futbolçulardan biri kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti