"Stadionun dolu olması oyunumuza təsir etmədi"

25 Oktyabr 2019 12:44 Avropa Liqası 937
"Stadionun dolu olması oyunumuza təsir etmədi"

APOEL-in müdafiəçisi Lukas Souza Avropa Liqasının üçüncü turunun "Qarabağ"la görüşündən sonra oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı oyunçu Bakıda "Qarabağ"la 2:2 hesablı bərabərliyini bu cür şərh edib:

"Komandamızı təbrik edirəm. Növbəti mərhələyə çıxmaq üçün hər şeyi edəcəyimizə inanıram. Stadionun dolu olmasının oyunumuza elə də çox təsiri olmadı. Çünki meydanda bizə qarşı azarkeşlər oynamır. Komandamızın müdafiədəki etibarlı oyununa görə təbrik edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA