Almeyda Tomas Dolla söz atdı: "Buradan gülərək getmədilər"

24 Oktyabr 2019 23:35 Avropa Liqası 838
Almeyda Tomas Dolla söz atdı:

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin APOEL-lə ev oyunundan (2:2) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək maraqlı olar...

- Fikirlərim pozitivdir. Həftə ərzində məşqlərdə nə etmişdiksə, onları reallaşdırmağa çalışdıq. Məğlub olanda da, heç-heçə edəndə, qalib gələndə də bunu hamılıqla edirik. Futbolda səhvlər qaçılmazdır. Bu gün çox yaxşı oynadıq. Kifayət qədər qol epizodları yaratdıq. Səfərdə qələbə qazanmaq üçün ən azı 3 dəfə yaxşı oynamaq lazımdır.

- Bu gün "Qarabağ"ın heyətində meydanda ən yaxşılardan biri idiz Sanki ikinci nəfəslə oynayırdız...

- Yaş sadəcə kağız üzərindədir. Əgər düzgün qidalanırsansa, qorunursansa, peşəkar futbolçuya xas olan bütün işləri görürsənsə, üstəlik, mükəmməl ailən də varsa, yaş elə də önəmli deyil.

- Sizcə, nəticə oyuna görə oldu?

- Mən də sizdən soruşmaq istəyirəm. Sizcə, ədalətlidir?

- Dünən APOEL-in baş məşqçisi Tomas Doll demişdi ki, oyundan sonra gülən tərəf APOEL olacaq. Necə düşünürsüz, rəqib buradan gülə-gülə gedir, yoxsa təəssüf hissi ilə?

- Məncə, gülərək getmədilər. Amma 1 xal da qənimət sayıla bilər. Başımızı yuxarı qaldırmalı və bundan daha yaxşı oynamalıyıq ki, cavab matçında da xal qazanaq. Qarşıda "Səbail"lə çempionat oyunumuz da var.

- Çempionatda söz düşmüşkən, bu gün 30 min, 3 gün sonra isə 300 azarkein qarşısında oynamaq necə təsir edir?

- Fərq eləmir. Əgər meydana çıxırsansa, azarkeşin sayı elə də önəmli deyil. "Qarabağ" olaraq, yalnız qələbə haqda düşünmüşük. Bunun sayəsində hazırkı səviyyəyə çatmışıq. Bundan sonra da belə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA