"Həyatda qalmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik" - APOEL rəsmisi

23 Oktyabr 2019 14:26 Avropa Liqası 588
"Həyatda qalmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik" - APOEL rəsmisi

"Düdelanj"a məğlubiyyət komandaya mənfi təsir göstərdi. Futbolçular həmin matçı çevirə bilmədilər".

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos deyib. Bu gün Bakıya səfər öncəsi hava limanında fikirlərini bölüşən klub rəsmisi paytaxtımıza xal qazanmaq üçün gəldiklərini bildirib. O, şanslarını davam etdirmək baxımından bunun böyük önəm kəsb etdiyini vurğulayıb:

"Kritik oyuna çıxacağıq. Növbəti mərhələ şansını qorumaq üçün xalla dönməliyik. Məğlubiyyət komandanın ümidlərinin üstündən xətt çəkə bilər.

Təəssüf ki, "Düdelanj"la görüşün nəticəsi vəziyyəti bu həddə gətirdi. "Qarabağ"la matçda uğurlu nəticə əldə etmək üçün yaxşı oynamalıyıq. Rəqiblərin bir-birini tanıması hər ikisi üçün üstünlükdür. "Qarabağ"a qarşı ilk oyunda sürprizlər gördük.

Amma bu mövsüm artıq iki dəfə qarşılaşmışıq və bir-birimizi tanıyırıq. "Qarabağ" kimi, biz də uğurlu nəticə qazanmaq məcburiyyətindəyik. Asan olmayacaq, amma həyatda qalmaq istəyiriksə, nəticə əldə etməliyik".

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti