"Qarabağ" - APOEL: CƏMİ 3 MİN BİLET QALDI

23 Oktyabr 2019 11:06 Avropa Liqası 550
"Qarabağ" - APOEL: CƏMİ 3 MİN BİLET QALDI

Avropa Liqasının qrup mərhələsinin III turunun "Qarabağ" - APOEL oyununa biletlər tükənmək üzrədir.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi açıqlamasında satışda cəmi 3 min biletin qaldığı bildirilib. Biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq oyun saat 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"