"Qarabağ" - APOEL matçında anşlaq olacaq - 25 min bilet satılıb

22 Oktyabr 2019 17:15 Avropa Liqası 626
"Qarabağ" - APOEL matçında anşlaq olacaq - 25 min bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.

Sportinfo.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 24-dəki görüşə artıq 25 min bilet satılıb. Biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq oyun saat 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti