UEFA "Qarabağ" üçün slovakiyalıları göndərdi

21 Oktyabr 2019 13:50 Avropa Liqası 950
UEFA "Qarabağ" üçün slovakiyalıları göndərdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda APOEL-lə keçiriləcək oyununa təyinatlar açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlovaya laysmanlar - Frantişek Ferenç və Yan Pozor köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Peter Ziemba yerinə yetirəcək.

Qlovanın yolu bir dəfə Azərbaycan komandası ilə kəsişib. O, U-21-lərin AÇ-2019-un seçmə mərhələsində İrlandiya - Azərbaycan görüşünün baş hakimi olub. Ötən ilin mart ayında baş tutan matçın əsas vaxtına 5 dəqiqə əlavə etməsinə baxmayaraq, irlandlar qol vurana (90+9-cu dəqiqəyə) qədər mübarizəni davam etdirən referi ev sahiblərinin 1:0 hesablı qələbəsinə "töhfə" verib.

Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti