Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la oyun Tomas Dollun APOEL-in sükanı arxasında son matçı ola bilər.
Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, Bakıda mümkün məğlubiyyət almaniyalı mütəxəssisin qovulmasına gətirib çıxara bilər.
Ancaq maraqlıdır ki, yerli mətbuat komandanın zəif çıxışında çalışdırıcını günahlandırmır. Kiprli həmkarlarımızın fikrincə, problem futbolçulardadır. Onlar iddia edirlər ki, bir məğlubiyyətə görə Dollu istefaya göndərmək düzgün olmaz.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL oyunu saat 20:55-də başlayacaq.

