O, "Qarabağ"ı aldatmaq üçün belə edib?

21 Oktyabr 2019 16:12 Avropa Liqası 1 434
O, "Qarabağ"ı aldatmaq üçün belə edib?

Dünən xəbər vermişdik ki, APOEL-in Kipr çempionatının VI turunda "Doxa" ilə ev oyununu izləyənlər arasında "Qarabağ"ın məşqçiləri də olub. Baş məşqçi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqiblərinin oyununu izləmək üçün köməkçilərini Nikosiyaya göndərmişdi.

Elçin Rəhmanov və Borçe Xristov APOEL-in 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı tribunadan izləyib, rəqib barədə qeydlərini götürüblər.

Sportinfo.az-ın ilk dəfə tirajladığı məlumat Kipr mətbuatının da diqqətini çəkib. Yerli medianın yazdığına görə, APOEL-in çıxışı "Qarabağ"ın məşqçilərini təəccübləndirib.

Onlar nikosiyalıların 2,5 ay əvvəl "Qarabağ"la oyundan tam fərqli futbol sərgilədiklərini vurğulayıb. Belə ki, "sarı-göylər" hücum üslubundan imtina edərək, qapalı oyun tərzinə üstünlük verib. Digər tərəfdən isə Tomas Doll oyunçuların meydandakı düzülüşünü dəyişdirib, cinah müdafiəçilərinə tez-tez irəli çıxmağı qadağan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA