"Hazırda "Qarabağ"ı yox, öz oyunumuzu düşünürəm" - Tomas Doll

20 Oktyabr 2019 16:01 Avropa Liqası 849
"Hazırda "Qarabağ"ı yox, öz oyunumuzu düşünürəm" - Tomas Doll

"Düşünürəm ki, hamı oyunun əvvəlində meydanda yaxşı anlaşdığımızı, topa daha çox nəzarət etdiyimizi gördü. Növbəti dəqiqələrdə isə üstünlüyümüzü əldən verdik və zəif təsir bağışladıq".

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll yerli çempionatın VI turunun "Doksa" ilə keçirilən oyunundan sonra mətbuat konfransında deyib. Alman mütəxəssis bildirib ki, hazırda onu "Qarabağ"la matç yox, komandanın zəif çıxışı düşündürür:

"Daha yaxşı oyun sərgiləməliyik. Hazırda "Qarabağ"la oyunu düşünmürəm. İlk növbədə çempionat matçını beynimdə analiz etməliyəm. Çünki biz belə oynamamalıyıq. Bəlkə də bu, konsentrasiya ilə bağlıdır. Ola bilər ki, fiziki durumdan irəli gələn məsələdir.

Adətən qələbə qazananda sevinirik. Ancaq bu oyunda çox asanlıqla top itirirdik. Daha yaxşı oynamalıyıq. Hamı deyir ki, nəticəyə baş məşqçi cavabdehdir. Futbolçu olanda mən də belə düşünürdüm. Amma gərək, bəzi futbolçular da daha yaxşı çıxış etsinlər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA