"Qarabağ" üzərində qələbə bizi ümidləndirə bilər" - APOEL rəsmisi

20 Oktyabr 2019 12:32 Avropa Liqası 683
"Qarabağ" üzərində qələbə bizi ümidləndirə bilər" - APOEL rəsmisi

"Heç kim komandanın çıxışından razı qala bilməz. Bu kollektiv yaxşı futbol göstərmək üçün yığılıb. Amma son matçlarda biz bunu edə bilmirik. Hə, qələbə qazanırıq. Pis oynayanda qalib gəlmək vacibdir. Amma bu görüntüdən razı qala bilmərik. Hamı səhvini düzəltməli və APOEL-in imicinə uyğun hərəkət etməlidir".

Sportinfo.az xəbər verir ki. bu sözləri APOEL-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Kipr mətbuatına açıqlamasında deyib. Yerli çempionatın VI turunda "Doksa" üzərində 2:0 hesablı qələbəni şərh edən klub rəsmisi komandanın çıxışından narazıdır. O, artıq bu matçı unudub, "Qarabağ" haqda düşünməli olduqlarını bildirib:

"Qarşıda "Qarabağ"la vacib oyun var. Artıq bu rəqibi düşünməli, son matçlardakı oyunumuzu Bakıda təkrarlamamalıyıq. "Düdelanj"a uduzandan sonra komandada vəziyyət qəlizləşdi. Ancaq hələ şansımız var. "Qarabağ" üzərində qələbə bizi ümidləndirə bilər. Avqustda Bakıya yaxşı əhval-ruhiyyə ilə getmişdik və evə də o cür qayıtdıq. Ancaq bunu hər dəfə etmək olmur. Ona görə də "Qarabağ"la oyuna daha ciddi yanaşmalıyıq. Bu, həm vəziyyətdən çıxmaq, həm də hədəflərimizə çatmaq baxımından önəmlidir".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA