"APOEL futbolçuları azərbaycanlıların "şənliy"ini necə korlayacaqlarını düşünməlidir"

18 Oktyabr 2019 20:15 Avropa Liqası 1 091
"APOEL futbolçuları azərbaycanlıların "şənliy"ini necə korlayacaqlarını düşünməlidir"

Kipr mətbuatı oktyabrın 24-də Bakıda keçiriləcək "Qarabağ" - APOEL oyunu ilə bağlı növbəti yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, "24sports.com" matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda 30 min Azərbaycan bayrağının olacağını və təmsilçimizin bu yolla Lüksemburqdakı qalmaqala cavab verəcəyini vurğulayıb:

"Azərbaycanlılar APOEL-lə oyunu döyüş kimi görürlər. Stadionda 30 mindən çox Azərbaycan bayrağı olacaq. APOEL-lə görüş "Qarabağ" üçün siyasi xarakter daşıyır. Ancaq bu, "sarı-göylər"ə yox, Lüksemburqdakı oyunda baş verənlərə görədir. Paradoks ondan ibarətdir ki, UEFA hələ də bu hadisəyə görə intizam işi açmayıb.

Azərbaycanlılar dronla stadiona gətirilən erməni bayrağına görə əziyyət çəkdilər və APOEL-lə matçı buna reaksiya vermək, milli mövqeyini nümayiş etdirmək üçün yaxşı fürsət hesab edirlər.

Əminliklə demək olar ki, avqustdakı oyunda olduğu kimi, bu dəfə də stadionda "qondarma dövlətin" (Şimali Kipr Türk Cümhuriyyəti nəzərdə tutulur) bayrağı olacaq. Nə qədər ki UEFA buna görə cəza tətbiq etmir, azərbaycanlılara yaşıl işıq yandırır, bu cür hərəkətlər təkrarlanacaq.

Bunun futbolçulara təsir etməməsi üçün onlar konsentrasiyanı qorumalı, oyunda qalmalıdırlar. Tomas Doll və komandası azərbaycanlıların "şənliy"ini necə korlaya biləcəyini düşünməlidir. Bunu isə yalnız qalib gəlməklə etmək olar".

Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA