UEFA "Qarabağ"ın oyunlarındakı hadisələrlə bağlı qərarını təxirə saldı

18 Oktyabr 2019 11:22 Avropa Liqası 909
UEFA "Qarabağ"ın oyunlarındakı hadisələrlə bağlı qərarını təxirə saldı

UEFA İntizam Komitəsi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk tur qarşılaşmasında baş verənlərlə bağlı qərarı gələn həftəyə təxirə salıb.

Sportinfo.az xəbər verir ki, sentyabrın 19-da İspaniya "Sevilya"sı ilə matçda yaşananlarla əlaqədar məsələyə ötən gün baxılıb. Qərar, böyük ehtimalla, gələn həftə açıqlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib.

Oktyabrın 3-də Lüksemburqda "Düdelanj"la qarşılaşmada törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda "Qarabağ"ın vurduğu ikinci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

"Sevilya"ya 0:3 hesabı ilə uduzan "Qarabağ" "Düdelanj"ı məğlubiyyətə uğradıb - 4:1. UEFA hər iki matçda yaşanan insidentlərə oktyabrın 17-də baxacağını açıqlamışdı. (Report)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA