"Qarabağ" - APOEL oyunu üçün 30 min bayraq

17 Oktyabr 2019 22:20 Avropa Liqası 1 896
"Qarabağ" - APOEL oyunu üçün 30 min bayraq

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin APOEL-lə oyunu üçün Türkiyədən 30 min bayraq sifariş verib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, bayraqlar Bursa şəhərindəki fabriklərdən birində hazırlanıb və bu həftəsonu Bakıya gətiriləcək.

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, Ağdam klubunun 2015-ci ildə Avroliqanın qrup mərhələsinin "Tottenhem"lə mərkəzi arenada keçirilmiş oyununda da oturacaqlara üzərində Azərbaycanın dövlət bayrağının rəngləri və "Qarabağ"ın emblemi əks olunmuş 30 min bayraq düzülmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti