"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Bakıda Kipr APOEL-ini qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın biletləri sabah 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.
Biletləri aşağıdakı satış məntəqələrindən əldə etmək olar:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Mərkəzi arenada keçiriləcək görüş 20:55-də başlayacaq.

