Conatan Jüber: "... oyunu asanlıqla "Qarabağ"a verəcəyik"

3 Oktyabr 2019 15:22 Avropa Liqası 804
Conatan Jüber: "... oyunu asanlıqla "Qarabağ"a verəcəyik"

"Bizim üçün hər oyun vacibdir. Düzdür, bu matçda favorit deyilik. Amma bu, o demək deyil ki, oyunu asanlıqla "Qarabağ"a verəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Düdelanj"ın kapitanı Conatan Jüber Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. 40 yaşlı qolkiper əsas hədəflərinin avrokuboklar deyil, Lüksemburq çempionatı olduğunu bildirib:

"Əlbəttə, Avroliqa oyunu önəmlidir. Amma əsas prioritetimiz yerli çempionatdır. Rəqabətdə geri qaldığımızı unutmamlıyıq. "Qarabağ"la matçda yaxşı nəticə qazansaq, həftəsonu inamlı çıxış edə bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA