"Qarabağ" hörmətə layiq komandadır" - Alman futbolçu

3 Oktyabr 2019 12:33 Avropa Liqası 655
"Qarabağ" hörmətə layiq komandadır" - Alman futbolçu

"7:0 hesablı qələbə qazandığımız son oyuna qədər üzərimizdə təzyiq var idi. Artıq bunu geridə qoymuşuq. Böyükhesablı qalibiyyət yerinə düşdü".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Düdelanj"ın yarımmüdafiəçisi Dominik Ştolz Lüksemburq mətbuatına açıqlamasında deyib. 4 gündə 2 oyun keçirməyin çətinliyindən danışan alman futbolçu yorğun olduqlarını etiraf edib:

"Ardıcıl oyunlar keçirdiyimiz son dövr ingilis həftəsinə bənzəyir. Ayağımızda ağrılar var. İnanıram ki, bugünki matçda bütün yorğunluq yaddan çıxacaq".

29 yaşlı oyunçu "Qarabağ"la bugünki matça da toxunub: "Nikosiyadakı qələbə sensasiya idi. Hər şey bizim üçün yaxşı alındı. İkinci turda növbəti qələbəmizi qazana bilərik. Amma bunun üçün hər bir futbolçu üzərinə məsuliyyət götürməlidir. Çünki "Qarabağ" böyük hörmətə layiq komandadır".

"Düdelanj" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA