"Maksimum diqqətli olmalıyıq" - Dani ehtiyatlı danışdı

2 Oktyabr 2019 21:39 Avropa Liqası 866
"Maksimum diqqətli olmalıyıq" - Dani ehtiyatlı danışdı

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsinin II turunda sabah "Düdelanj"la keçirəcəkləri səfər matçı barədə fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, oyun öncəsi təşkil olunan mətbuat konfransında danışan ispan futbolçu bildirib ki, sabah maksimum diqqətli olmalıdırlar:

"Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadır, yetəri qədər təcrübələri var, tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM