"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, o, əvvəlcə qarşlıaşma haqda danışıb.
"Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib. Komandamızda zədəli futbolçular var, amma biz bu haqda düşünmürük. Əlimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışacağıq".
Qurbanov bu oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını deyib: "Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq".
Qeyd edək ki, sabah keçiriləcək "Düdelanj" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

