"İlk oyunda "Qarabağ"ı udmuşuq. Evdə oynayacağıq. Bu matçda da qalib gəlmək və seriyanı davam etdirmək istəyirik".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sevilya"nın yarımmüdafiəçisi Nemanya Qudel Avropa Liqasının qrup mərhələsinin II turunun APOEL-ıə ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı matçla bağlı fikirlərini bölüşən serbiyalı futbolçu Bakıda "Qarabağ"la oynadıqları görüşü də xatırlayıb:
"Bakıda zəif olmayan rəqibə qarşı oynamışdıq. APOEL az qala Çempionlar Liqasının pley-off-unda "Ayaks"ı keçirdi. Asan rəqib olduğunu düşünmürəm. "Sevilya" 5 dəfə Avroliqanın qalibi olub. Klubumuz üçün vacib turnirdir. İddiamızı "Qarabağ"la görüşdə ortaya qoymuşuq və eyni ruhda davam etmək istəyirik".
Qeyd edək ki, sabah keçiriləcək "Sevilya" - APOEL oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

