"Düdelanj"ın qapıçısı Conatan Jüber Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la keçirəcəkləri oyundan danışıb.
Sportinfo.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı qolkiper qarşıdakı matçda yalnız yaxşı nəticəyə kökləndiklərini bildirib:
"Arzularımızı həyata keçirmək istəyirik. Hamımız yaxşı nəticə haqda düşünürük. Bu, tamamilə fərqli oyun olacaq. Komandada əhval-ruhiyyə yüksəkdir. Yenidən hamını təəccübləndirmək istəyirik".
Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Düdelanj" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

