"Düdelanj"ın futbolçusu Antuan Bernye Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri görüş haqda danışıb.
Sportinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən yarımmüdafiəçi "Qarabağ"la oyun haqda bunları deyib: "Püşkatmanı görən kimi fikirləşdim ki, "Sevilya" ilə eyni qrupda olmaq yaxşıdır. Onlar Avropanın ən yaxşı klublarından biridir. Biz onlarla oynamağı çox istəyirdik.
Qrupdakı ikinci oyunumuz "Qarabağ"a qarşıdır. Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində oynamış komandadır. Amma bilirik ki, “Qarabağ”la görüşdə şansımız var. Bu oyunlarda məqsədim, özümü ən yaxşı şəkildə göstərməkdir".

