"Qarabağ" Lüksemburqa qələbə üçün gələcək"

26 Sentyabr 2019 11:39 Avropa Liqası 903
"Qarabağ" Lüksemburqa qələbə üçün gələcək"

“Qrupdakı ilk oyunumuza qələbə ilə başlamağımız çox yaxşıdır. APOEL-lə oyundan sonra komandada özünəinam çox artıb. Çalışırıq ki, yaxşı nəticələr olsun”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Düdelanj”ın yarımmüdafiəçi Çarles Morren deyib.

Lüksemburq klubunun aparıcı futbolçusu Avropa Liqasının ikinci turunun “Qarabağ”la oyunu barədə də danışıb. Morren Ağdam klubu ilə görüş barədə bunu deyib: “Qarabağ”ın güclü komanda olduğunu yaxşı anlayırıq. APOEL-ə qarşı necə ağır alınmışdısa, “Qarabağ”a qarşı da ağır oyun olacağını düşünürəm. Rəqibimiz uzun illərdir ki, avrokuboklarda oynayır, daima qruplardadır. Ona görə də “Qarabağ”a qarşı oyunun daha ağır keçəcəyini düşünürəm.

Hansı nəticə olacağını heç cürə deyə bilmərəm. Biz meydanda əlimizdən gələni edəcəyik. Maksimum gücümüzü meydanda qoyandan sonra necə olacağını görəcəyik. Hər halda “Qarabağ” da Lüksemburqda qələbə üçün gələcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA